Türkiyənin ilk qadın söz yazarı Fikrət Şeneş 94 yaşında dünyasını dəyişib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk pop musiqisinə 300-dən çox mahnı bəxş edən F.Şeneş Erol Büyükburc son üç ildir, altsgeymer xəstəliyindən (beyin hüceyrələrinin məhv olması nəticəsində yaranan nevroloji xəstəlik) əziyyət çəkirdi.
Onun sözlərini yazdığı mahnılar arasında “Anlamazdın”, “Bir başkadır memleketim”, “Bir günah gibi”, “Kapı açık, arkanı dön ve çık”, “Uykusuz her gece”, “Kimler geldi, kimler geçti” və s. bu gün də sevilməkdədir.