“Yeşilçam”ın əfsanəvi ulduzu Türkan Şoray tutulduğu “Cushing Sindromu” səbəbi ucbatından gizlicə əməliyyat olunub.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
Cərrahi əməliyyatın uğurla həyata keçirildiyi və hazırda aktrisanın səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, həmin sindroma tutulan insanların çəkisi sürətlə artır, onlar artıq kilolardan xilas ola bilmir və yeriməkdə çətinlik çəkirlər.
Aytən Sadıqzadə
www.oxu.az