İki il əvvəl “Çılgın Teyzeler” adlı yarışma proqramında prodüserliyini sınayan Yağmur Ünal anası Türkan Şorayın yolu ilə irəliləyərək aktrisa olacaq.
Oxu.Az xəbər verir ki, Yağmur Ünal anasının Muğlanın Menteşe mahalında çəkəcəyi filmdə ilk dəfə kamera qarşısına keçəcək.
Prodüserlikdə müvəffəqiyyətli ola bilmədi
Türk Kinosunun Sultanı Türkan Şoray ilə atası Cahan Ünalın illərdir aktrisa olması üçün çalışdıqları qızları Yağmur Ünal nəhayət aktrisa olacaq. O, prodüserlikdə istədiyi müvəffəqiyyəti qazanmadığından aktrisa olmağa qərar verib.
Kino aktyorluğu üçün hazırlanan Yağmur Ünal ötən il xüsusi aktyorluq dərsləri almışdı. Yağmur ilk təcrübəsini anası Türkan Şorayla yaşayacaq. O, Türkan Şorayın həm rejissorluğunu, həm baş rolunu boynuna götürdüyü filmdə kamera qarşısına keçəcək.
Aytən Sadıqzadə
www.oxu.az