Ötən gün məşhur “O səs Türkiyə” yarışmasında ifası ilə həm tamaşaçıları, həm də münsifləri heyran qoyan, “Eurovision 2008” təmsilçimiz Elnur Hüseynov Türkiyə mediasının əsas gündəminə çevrilib.
Oxu.Az axşam.az-a istinadla qardaş ölkənin mediasında Elnurla bağlı manşetə çıxan xəbər başlıqlarını təqdim edir:
Televizyongazetesi.com: “O səs Türkiyə”yə damğa vuran azərbaycanlı iştirakçı”.
acunn.com: “Jüri onu ayaq üstə alqışladı”.
gecce.com: “O səs Türkiyə”də Elnur rüzgarı”.
Canlihaber.com: “O səs Türkiyə”nin yeni bölümündə təəccübləndirən səs”.
F5haber.com: “O səs Türkiyə” ilə Türkiyədə gündəmə çevrildi”
Dailymotion.com: “O səs Türkiyə”yə damğa vuran iştirakçı”.
Akilli.tv: “Azərbaycanlı iştirakçı Elnur Hüseynov “O səs Türkiyə”ni çalxaladı”.
Haber3.com: “O səs Türkiyə” belə səs görmədi”.
Haberahval.com: “O səs Türkiyə”yə inanılmaz istedad çıxdı”.
Mynet.com: “Azərbaycanlı iştirakçı gecəyə damğa vurdu”.
Stargazete.com “Elnur Hüseynov söylədi, münsiflər ayaq üstə alqışladı”.
Sancakhaber.com: “Türkiyə bu səsdən danışır: Elnur Hüseynov”.
Taseronhaber.com: “Elnur Hüseynovun “O səs Türkiyə”də mükəmməl performansı”