Türkiyəli məşhur aktyor Tolqa Karelin həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva türk mətbuatında onun barəsində yazılan yalan xəbərə münasibət bildirib.
Oxu.Az bildirir ki, Günay Musayeva bu barədə “instagram” səhifəsində məlumat paylaşıb.
“Bu gün “Sabah” qəzetinin yaydığı xəbər əslsizdir. Həyatımda heç getmədiyim, bilmədiyim bir məkanda rəfiqələrimə dərdimi danışmışam. Əvvəla belə bir dərd yoxdur. Tolqa Karel çox yaxşı bir atadır, buna heç kimin şübhəsi olmasın. Mən adımın belə bir xəbərdə hallanmasını istəmirəm, cavab vermək də adətim deyil. Hardan çıxır, kim uydurur bilmirəm və heç cür başa düşmürəm. Bu o qədər əhəmiyyətli də deyil”.
Qeyd edək ki, ötən gün Türkiyədə nəşr olunan “Sabah” qəzetində Günay Musayevanın “Abdi” adlı məkanda rəfiqələrinə həyat yoldaşı, aktyor Tolqa Kareldən hündür səslə şikayət etməsi və boşanmaq istəməsi barədə xəbər yayılmışdı.

Aytən Sadıqzadə
www.oxu.az