Bu il ABŞ xaricində yayımlanan televiziya layihələrinə verilən Beynəlxalq Emmi Televiziya Mükafatları 42-ci dəfə öz sahiblərini tapacaq.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “20 Dəqiqə” serialında baş rolu canlandıran aktrisa Tuba Büyüküstün “Ən yaxşı qadın aktrisa” nominasiyasında yarışmağa şans qazanıb.
Büyüküstünün rəqibləri Olivia Colman, Romina Gaetani, Bianca Krijgsman kimi aktrisalardır. Mükafatlar 24 Noyabrda Nyu-Yorkda sahiblərinə təqdim ediləcək.
Aytən Sadıqzadə
www.oxu.az