Aprel ayında içkili halda avtomobil idarə etdiyinə görə aktyor Caner Cindoruk haqqında 1 ay 20 gün həbs cəzası qərarlaşdırılmışdı.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Asliyə Cəza Məhkəməsində keçirilən prosesə vəkili ilə birlikdə qatılan Cindoruk ifadəsində günahını qəbul edib.
Sonda məhkəmənin qərarı ilə sürücülük vəsiqəsi əlindən alınan aktyorun həbs cəzası min lirə pul cəzası ilə əvəz edilib.
Qeyd edək ki, aktyor “Aramızda Kalsın” ( Civan), “Yabancı” (Ferhat), “Yaprak Dökümü”( Doktor Nazmi) və s. seriallarında rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az