Türkiyədə Pucca adı ilə məşhur olan sosial media fenomeni və yazıçı Selen Pınar Işık Sevgililər Günü “təbriki” ilə gülüş doğururb.
Belə ki, o, 2019-cu ildə boşandığı aktyor Osman Karagözə çələng göndərib.
“Çox şükür, yaxşı ki, səni boşamışam”, - deyə çələngə qeyd edilib.
Karagöz sosial media hesabından “hədiyyə”yə cavab olaraq yazıb:
“Heç olmasa, çələng göndərməzdin. Elə bildim ölmüşəm, məhəllədə elə bildilər yasımdı”.
Mənbə: Sondakika