Müğənni Doğuş haqqında qalmaqallı açıqlamalar verən Türkiyənin “Show” telekanalının aparıcısı Didem Arslan Yılmaz bütün dediklərini təkzib edib.
Günlərdir efirdə səslənən fikirlərin yanlış olduğunu isbatlayan aparıcı, şikayətçi qismində gələn Esra adlı xanıma məlumatları verərək, onu inandırmağa çalışıb. Bu zaman aparıcı bildirib:
“Efirdə səsləndirdiyiniz adların heç birinin Doğuşla əlaqəsi yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç biri Doğuşla işləmir”.
Daha sonra Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızıdan üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlayıb:
“Bir qadın olaraq dəyərli həmkarımın üzülməyinə səbəb olduğum üçün üzr istəyirəm, hörmətli Xoşqədəm Hidayətqızı. Boşanacaqları haqda çıxan xəbərlər də yalandır”, - deyə aparıcı sonda qeyd edib.
Rəylər