Türkiyəli məşhur model Mesut Kaya dünyasını dəyişib.
Oxu.Az sacitaslan.com saytına istinadla xəbər verir ki, model Almaniyanın Münhen şəhərində keçirdiyi infarkt nəticəsində həyatla əbədi vidalaşıb.
Mesut Kaya tanınmış modelyer Cəmil İpəkçinin dəfilələrinin əsas siması olub.
Qeyd edək ki, gənc modelin bir müddət əvvəl ata olması xəbəri həmkarlarını sevindirmişdi.

Aytən Sadıqzadə
www.oxu.az