Məşhur müğənni Tan Taşçı inadcıl fanatından yaxa qurtara bilmədiyi barədə açıqlama verib.
Oxu.Az xəbər verir ki, ötən aylarda zəhlətökən bir qadın pərəstişkarından şikayət edən T.Taşçı təhdidlərin davam etdiyini bildirib.
T.Taşçı iddia edir ki, qadın xoş olmayan davranışlarından sonra müğənniyə öldürdüyü bir sərçənin fotosunu göndərib.
Sənətçi sosial media hesabında psixoloji problemləri olan fanatının ona yazdığı məktubu yayımlayıb: “Sən mənim və ya torpağınsan. Sənsiz dayana bilmirəm, birlikdə öləcəyik”.
T.Taşçı pərəstişkarının psixoloji vəziyyətinin yaxşı olmadığını söyləyərək, ondan canını qurtarmaq üçün kömək gözlədiyini bildirib.
Rəşad Əliyev