Türkiyəli müğənni Keremcem və aktrisa Seda Güven Parisdə evləniblər.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cütlüyün nikah mərasimi Türkiyənin Parisdəki səfirliyində baş tutub. Mediaya qapalı olan tədbirə səbəbkarların yaxın dostları qatılıb.
Qeyd edək ki, Keremcem və Seda Güvən İstanbulda da toy etməyə hazırlaşırlar.
Aytən Sadıqzadə
www.oxu.az