Türkiyəli prodüser Kamal Cenk İçtən ilə azərbaycanlı model Minarə Allahverdiyeva boşanıb.
Oxu.Az xəbər verir ki, bu haqda prodüser sosial şəbəkədə məlumat verib:
“Bu gündən etibarən həyatımda yeni səhifə açıram. Xahiş edirəm ki, heç kim şəxsi həyatımla bağlı sual verməsin. 18 ayı bərabər keçirdiyim və qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırdıq. Ona bərabər olduğumuz hər an üçün təşəkkür edirəm. Allah yeni həyatında ona hüzur, xoşbəxtlik, can sağlığı versin. Allaha əmanət olsun”.
Qeyd edək ki, cütlük fevralın 1-i 2014-cü ildə ailə qurub.