“Yeşilçam”ın sevilən aktyoru Yılmaz Köksal 75 yaşında vəfat edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Yılmaz Köksal karyerası boyunca 180-dən çox filmdə rol alıb və neçə-neçə ekran işinin ssenarisini yazıb.