Türkiyəli aktrisa Çolpan İlhan bu gün vəfat edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa ürək tutması nəticəsində 77 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ç.İlhan şair Atilla İlhanın bacısı, aktyorlar Sadri Alışıkın həyat yoldaşı və Kerem Alışıkın anasıdır.
Allah rəhmət eləsin!