Əcnəbi rəqslər üzrə Azərbaycan və Qafqaz çempionu olan “Crazy Eyes Crew” qrupu Türkiyənin məşhur “Yetenek Sizsiniz” proqramında çıxış ediblər.
Oxu.Az “Gün.Az” saytına istinadən xəbər verir ki, qrupun rəhbəri və prodüseri Arif Məmmədovun azərbaycanlı rəqqaslar “Yetenek Sizsiniz” proqramının münsif triosunu heyran ediblər.
Nəticədə hər üç münsif “Crazy Eyes Crew” qrupunun yarışda qalmasını istəyiblər.
Qrup artıq 2-ci tura hazırlaşır.