Xəbər verdiyimiz kimi “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın münsif olduğu “X Faktor” yarışmasının Türkiyə versiyası efir vaxtına start verib.
Oxu.Az-ın məlumatına görə, verilişdə münsif kürsüsündə Nigar Camalla yanaşı, türkiyəli müğənni-bəstəkar Sinan Akçıl, müğənni Atiyə, rejissor-fotoqraf Nihad Odabaşı da yer alıb.
İlk efir Nigar Camalın göz yaşları ilə yadda qalıb. Müğənni Halil Polat adlı iştirakçının çıxışından sonra göz yaşlarını tuta bilməyib.
Aytən Sadıqzadə
www.oxu.az