“TMB” telekanalının təşkilatçılığı ilə Türkiyədə reallaşan 3-cü “Türkvizyon 2015” mahnı müsabiqəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, 20-dən çox ölkədə 120 telekanal vasitəsilə canlı yayımlanan müsabiqənin final mərhələsində 21 ölkədən olan türk əsilli təmsilçilər yarışıb.
Jürinin ortaq qərarına görə Qırğızıstan təmsilçisi Jideş İdrisova “Türkvizyon 2015”in qalibi olub.