Amerikalı aktyor Uill Smitin həyat yoldaşı Jada Pinket-Smit “Oskar” mərasimində əri ilə komediya ustası Kris Rok arasında yaşanan insidentlə bağlı açıqlama verib. O, “Instagram” sosial şəbəkəsində solğun çəhrayı fonda bu sözləri yazıb: “Bu, şəfa mövsümüdür və mən bunun üçün buradayam”.
Sənətçi paylaşımın altındakı şərhlərə də məhdudiyyətlər qoyub.
Qeyd edək ki, martın 27-də Kris Rok “Oskar” mükafatı qazanan aktyor Uill Smitin həyat yoldaşı haqqında uğursuz zarafat edib. Bundan sonra Smit səhnəyə çıxaraq şoumenin üzünə sillə vurub.
Hadisədən sonra komediya aktyoru polisə şikayət etməyib. Smit isə üzr istəyib və etdiyi əməldən utandığını bildirib.
Посмотреть эту публикацию в InstagramƏn çox oxunanlarDigər xəbərlər
Rəylər