Ukraynanın qalmaqallı müğənnisi Maruv (Anna Korsun) təbrik paylaşımı ilə sosial şəbəkə izləyicilərini qəzəbləndirib.
Oxu.Az xəbər verir ki, ifaçı sosial media hesabında kişiləri 23 fevral günü münasibəti ilə təbrik edib.
“Bayramlar az olmur, elə məhz buna görə bayramınız mübarək, əziz kişilər”, - deyə Maruv yazıb.

Müğənninin bu təbriki başına bəla olub. İzləyicilər onun paylaşımını birmənalı qarşılamayıb, başına qaxınc ediblər. Belə ki, Ukraynada 23 fevralı qeyd etmək qadağan olunub. Ölkədə “Ukraynanın Müdafiəçisi Günü" qeyd olunur.
İzləyicilərin qınağı ilə üzləşən Maruv “Atam və babam orduda xidmət edib. İstəyirəm, təbrik edirəm!”, - yazaraq yanan ocağı daha da alovlandırıb.
Посмотреть эту публикацию в Instagram"Ukrayna" teqi üzrə xəbərlər
- Mer Kliçko Kiyev sakinlərinə şəhəri tərk etməyi məsləhət gördü
- Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır
- "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
- Ukraynanın NATO planı dəyişir? - Yeni qanun layihəsi gündəmdə
- Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
Digər xəbərlər
