Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Ulduzlar “Jara”nın “Qırmızı xalı”sında - FOTO/VİDEO](https://images.oxu.az/2019/07/25/22/29/55/23b721a8-1ade-4e13-8c07-c9049804f5e7/jara1111:1200.jpg)
Ulduzlar “Jara”nın “Qırmızı xalı”sında - FOTO/VİDEO
Artıq üçüncü ildir ki, paytaxtımızda təşkil olunan “Jara-2019” beynəlxalq musiqi festivalı öz işinə start verib.
Oxu.Az xəbər verir ki, böyük coşqu ilə keçən festivalın ilk günündə Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı” üzərindən keçib, gecə ilə bağlı öz təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Keçid mərasiminin aparıcılığı rusiyalı televiziya ulduzları Konstantin Tarasyuk və Yana Koşkinaya həvalə olunub.
Onlar öz əyləncəli və bir-birindən pozitiv şərhləri ilə gecəyə əlavə rəng qatıblar.
Rusiyanın məşhurları arasında Qlyukoza, Aleksandr Panayotov, Qriqoriy Leps, Rita Dakota, Yuliya Baranovskaya, Albina Canabayeva, Maks Barskix, Filipp Kirkorov, Olqa Buzova, Valeriya, Ani Lorak, Nastya Kamenskix, “Vremya i Steklo”, “Monatik”, Kristina Orbakayte, Vera Brejneva, “Artik&Astik” yer alıb.
Xarici ulduzlardan isə Steffan Olsson, Stiven Segal, Alessandro Safina festivalda iştirak etmək üçün paytaxtımıza gəliblər.
Eləcə də Azərbaycanın super ulduzları - Xalq artisti və gecənin təşkilatçısı Emin Ağalarov, Zülfiyyə Xanbabayeva və Çingiz Mustafayev olub.
Yerli məşhurlar gözoxşayan geyim və imicləri ilə “Jara”ya toplaşan tamaşaçıları təəccübləndirməyi bacarıblar.
Belə ki, festivalın birinci günündə səhnə alacaq, Azərbaycanı bu il “Avroviziya-2019” müsabiqəsində təmsil etmiş müğənni Çingiz Mustafayev “Qırmızı xalı”ya robot görünüşündə olan rəqqaslarla qatılıb.
Onun əynindəki led işıqlarla robot geyimi hər kəsin diqqətini çəkib. “Bu gün səhnədə alışıb-yanacam, kül olacam”, - deyə, Çingiz bildirib.
Çingizlə yanaşı, rus və xarici ulduzlarla “Jara” səhnəsini bölüşəcək daha bir yerli ulduz isə xalq artisti Zülfiyyə Xanbabayevadır.
Məşhur “Qırmızı xalı”da uzun, tünd çəhrayı dəbdəbəli libası ilə göz qamaşdırıb. Sənətçi jurnalistlərlə söhbətində səhnədə yeni yazdırdığı mahnısını ilk dəfə oxuyacağını dilə gətirib.
Qeyd edək ki, “Jara-2019” musiqi festivalı “See Breeze” ailəvi istirahət mərkəzində keçirilir. Bu gündən başlayan festival 3 gün davam edəcək.
Rəşad Əliyev
FOTO: Ramil Zeynalov
VİDEO: Hüseyn Həsənov
"Çin" teqi üzrə xəbərlər
- Çin Səddinin tunellərində minlərlə ballistik raket gizlədilib
- Dünyanın ən böyük avtomobil istehsalçısı Çində olacaq
- Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır
- Dünya ticarət savaşı BAŞLADI: Prosesin Azərbaycana hansı təsirləri var?
Rəylər