“Nə? Harada? Nə Zaman?” intellektual oyunda bu dəfə ulduzlar yarışıb.
Oxu.Az xəbər verir ki, Faiq Ağayev sosial şəbəkədə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu tərəfindən təşkil olunan VI Çağırış kubokundan olan şəkilləri paylaşıb.
Yarışmaya 16 regiondan 75 komanda qatılıb.
Qeyd edək ki, ulduzlu komandada xalq artisti Faiq Ağayev, aparıcılar Sənan Şəfizadə, Aytən Səfərova, Turan İbrahimli, modelyer Gülnarə Xəlilova, aktyor Bəhram Bağırzadə və TREND agentliyinin əməkdaşı Vüqar İmanov iştirak edib.
Məşhurlardan ibarət komanda 9-12-ci yerləri tutub.
Aytən Sadıqzadə
www.oxu.az