ANS telekanalında yayımlanan “Evdəyik” verilişinin aparıcısı Ülvira Qarayeva maraqlı açıqlama verib.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı kişilər haqqında bəzi fikirlərini dilə gətirib:
“Elə insanlar tanıyıram ki, ailəlidir. Amma çətinliyə dözə bilmir. Qadın ana olduqdan sonra bütün çətinlikləri geridə qoyur. Başı övladına qarışır. Xanımlar ana olduqda daha da güclü olurlar. Elə kişilər də tanıyıram ki, 30-40 yaşı var, özünü “mamauşağı” kimi aparır. Onlar çətinlik görmədiyi üçün belə olurlar”.