“Vogue Paris”in baş redaktoru Karin Roytfeldin vəzifəsini tərk etməsindən bir qədər sonra internetdə 10 yaşlı model Tilan Blondonun iştirak etdiyi növbəti fotosessiya yayıldı.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, təxribatçı şəkillərdə balaca qız (yeri gəlmişkən, “dünyada ən bahalı gənc modeldir”) Lolita obrazında verilib... Bununla yanaşı Tilan Blondo model biznesi ilə artıq altı ildir ki, məşğuldur (Onu 15 yaşı olar-olmaz “Elle” jurnalının səhifələrində rəsmləri çıxan Bridjcit Bordo ilə müqayisə edirlər).
O, ən gənc, amma milyonluq qonorarı olan yeganə kiçik qız deyil. Yeni mövsümdə bir neçə moda evi gənclərə, hətta çox gənclərə üstünlük veriblər. Belə ki, 13 yaşlı El Fanninq Marc by Marc Jacobs şirkətinin payız reklam kampaniyasının üzü olub, 14 yaşlı Heyli Steynfeld isə Miu Miu-nin reklam şəkillərini bəzəyib.
Bəs siz necə hesab edirsiz, 10 yaşında seksual olmaq vacibdirmi?