Dekabrın 14-də İsraildə Üzeyir Mehdizadənin izdihamlı konserti baş tutub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatçı prodüser Samir Xattabın dediklərinə görə, müğənnimiz İsraildə dünya ulduzları səviyyəsində qarşılanıb və İsraildəki həmvətənlərimizin qonaqpərvərliyindən çox razı qaldığını bildirib:
“Konsertə 1200 bilet satılmışdı və hər kəs sona qədər konsert proqramını böyük həvəslə izləyib, rəqs ediblər. Konsertdə təkcə həmvətənlərimiz yox, hətta digər milliyyətli insanlar da iştirak edib”.