Müğənni Üzeyir Mehdizadə türkmən müğənnisi Enya ilə duet oxuyub.
Oxu.Az xəbər verir ki, mahnı “Yadımdadır” adlanır.
Mahnının sözləri, musiqisi və aranjimanı Üzeyirin özünə məxsusdur. Rejissoru Rəhman Əliyevdir. Müğənni klipi Youtube kanalında paylaşıb.
Həmin mahnıya çəkilən klipi sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az