“Miss millenium” gözəli Validə Abbasova ötən gün ad gününü əcnəbi sevgilisi və qızı Kamilla ilə birlikdə qeyd edib.
Oxu.Az xəbər verir ki, keçmiş model gecədən fotoları sosial şəbəkədə paylaşaraq “Bu gün mənim anamın da ad günüdür. Biz onunla eyni gündə doğulmuşuq. İndi o bizimlə deyil, amma sevgi əbədi yaşayır” sözlərini yazıb.