Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Van Dammın oğlu Bakıya gəldi - FOTO/VİDEO
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib.
Axşam.az xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb.
O bildirib ki, Kristofer onların evində qonaq olub.
Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturublar. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüb.

"Türkiyə" teqi üzrə xəbərlər
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Məşhur türkiyəli aktrisa və keçmiş nazir avtomobil qəzasına düşüblər
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"