Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə həyat yoldaşı ilə birgə görüntüsünü paylaşıb.
Oxu.Az-ın məlumatına görə, Kristofer şəxsi “Instagram” hesabında paylaşdığı videoda azərbaycanlı həyat yoldaşı Suada Hacızadə ilə görüntülü zəng vasitəsilə danışıb.
Kristofer paylaşdığı səssiz videoya “Həmişə ona qulaq asıram” sözlərini də yazıb.
Xatırladaq ki, Suada və Kristofer bu il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.
Sözügedən görüntüləri təqdim edirik: