Müğənni Vasif Məhərrəmli qəza törədib.
Oxu.Az ATVxəbər.az-a istinadla xəbər verir ki, qəza zamanı qarşı tərəfin avtomobili zərər görüb və avtomobilin içində olan xanımın ayağı əzilib. Qarşı tərəf iddia edir ki, Vasif Məhərrəmli onların avtomobilinin təmir xərclərini tam ödəməyib.
Müğənni “1400 manat mən onlara pul ödəmişəm. Öz ustam var idi, dedim ki, avtomobili onun yanına aparaq, dedilər ki, yox, bizim usta bu qədər deyib. Çıxarıb, pullarını verdim. Avtomobilləri əzilmişdi. Gördülər avtomobillərini vuran Vasif Məhərrəmlidir istədilər ki, daha çox pul qopartsınlar. Amma hər şeyin qaydası var, qədəri var...”, -deyə açıqlama verib.