“Victoria’s Secret” hər yeni il yaxınlaşdıqca məhsulları ilə əlaqədar insanlarda maraq oyatmağa davam edir.

Oxu.Az xəbər verir ki, hər ilin dekabr ayında reallaşan məşhur “Victoria’s Secret” nümayişinə bir ay qalan vaxtda marka bu ilin iki “Fantasy Bra”sını təqdim edəcək.

Oriental xətlər daşıyan bu iki büstqalteri brendin ən məşhur mələkləri Alessandra Ambrosio və Adriana Lima nümayiş etdirəcək.

Hər biri 2 milyon dollar dəyərindəki büstqalterlərin üzərində 16.000 ədəd qiymətli daş və kristallar var.

İstehsalı vaxtı 1380 saat davam edən “Fantasy Bra”, eyni zamanda 18 karat qızıl zəncirlərlə təchiz edilib.

Aytən Sadıqzadə
www.oxu.az