Mərhum müğənni Vidadi Bərdəlinin qızı müğənni Aytac Vidadiqızı onu tənqid edənlərə cavab verib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, gənc ifaçı atasına yaraşmayan hərəkətlərdə onu ittiham edənlərə sərt reaksiya verib:
“Bu söz-söhbət axır zamanlar əhvalımı korlayır. İnstaqram səhifəmdə şəkil paylaşmağa peşman oluram. O dəqiqə yazırlar ki, səndən gözləməzdik, belə olmamalı idi, atanın qəbrini ziyarət etmirsən. Bu qıcıq yaradan şərhlər mənə pis təsir edir. Əvvəla, mən ifaçı kimi atamın yolunu davam etdirirəm. İkinci, atamın adına xələl gətirəcək, utancverici heç nə etməmişəm. Üçüncüsü isə ata itkisini mən yaşamışam. Məni tənqid edənlər şou-biznesdə soyunanlarla, əməliyyatlarla gündəmə gələnlərlə məni səhv salıblar. Atamdan sonra ailəmizin yükü mənim üstümdədir. Heç Vidadi Bərdəlinin ailəsinin necə dolandığını, yaşadığını soruşan yoxdur. Bütün bunlar sifarişlidir. Bu söhbətləri yayan insanın kimliyini artıq öyrənmişəm, qadın ifaçıdır, əməkdar artistdir. Onun qızı yaşındayam, amma mənimlə mübarizə aparır. Əgər İnstaqramda bu şərhlər davam etsə, o qadının kimliyini açıqlayacam”.