Aparıcı Vüsalə Əlizadənin qızı Dilək haqqında ürək sözlərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Oxu.Az xəbər verir ki, o, 4 yaşı tamam olan övladını bu sözlərlə təbrik edib:
“Döyünən ürəyim, canım qızım... Allahım səni mənə çox görməsin. Həyatımın ən böyük uğuru, ölümüm bahasına qazandığım sərvətim, nə yaxşı ki bu addımı atmışam.
Risk edən güclü qadın olmuşam. Çox şükürlər olsun Allahıma, səni mənə verən Rəbbimə... Doğum günün mübarək olsun, Diləyim.
Ana olmaq bu deməkdir... Heç bir mövzuda söz qarşısında aciz qalmayan Vüsalə, bayaqdan əllərim titrəyir. Allah hamının balasını saxlasın, mənim də bircə balamı, cənnət payımı”.