Xalq artisti Təranə Muradova ATV-də yayımlanan “V element” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, rəqqasə şəxsi həyatı barəsində maraqlı açıqlama verib:
“Ailə qurduqdan sonra həyat yoldaşım dedi ki, səhnəni at. Dedim, “Birinci uşağımız olsun, söz verirəm səhnəni atacam”. Birinci uşaq oldu, dedi bəsdir. Söylədim ki, “İkinci uşaq olsun, oturacam evdə”. İkinci övladımdan sonra yoldaşım dedi ki, “İki balan var, utan. Uşaqlara tərbiyə verməlisən. Əgər evə gəlsəm ki, yemək yoxdu, işləri çatdırmırsan, səni işdən çıxaracam”.
İl yarım onu aldatdım. Filarmoniya ilə üzbəüz yerləşən restorandan düşbərə, cız-bız, qutablar alıb evə gətirirdim ki, guya özüm bişirirəm.
İkinci uşaqdan səonra qəti şəkildə dedi ki, səhnəni at. Dedim ki, mən səhnəni atmayacam, istəyirsən boşan. Baxdı mənə dedi ki, boşanmaq yoxdur, amma öldürmək var”.