Xalq artisti Brilyant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova “Zuhal Topalla izdivaç” proqramında etdiyi qalmaqal etirafından danışıb.
Oxu.Az xəbər verir ki, o, “Facebook” səhifəsində bunları yazıb:
“Ay mənim rəfiqələrim, əzizlərim... Gördüyünüz kimi bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi.
İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Jurnalistlərin çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır”.