Müğənni Xatirə İslamdan xəbər var.
Oxu.Az xəbər verir ki, ifaçı “Onlar”a müsahibəsində qalmaqallı mahnı təqdim etməyə hazırlaşmasından danışıb. Məsələ burasındadır ki, qayınanalara həsr olunan mahnı tərifdən yox, üsyandan ibarətdir.
“O mahnını birinci mən ifa etməmişəm. Məndən əvvəl türkiyəli müğənni Kibariyə oxuyub. Evdə mənə dedilər ki, o nə deməkdir? Mahnıdır, necə istəyirsən, elə də ifa et. Türkiyədə bu mahnı ifa olunanda qayınana ilə gəlin bunu birlikdə rəqs edirlər. Amma bizdə...”,- deyə Xatirə İslam açıqlama verib.
“Qayınanamla münasibətim yaxşıdır. Mən həmişə çalışıram ki, qayınanam bizə gələndə onun xoşuna gələn yeməkləri bişirim. Ana 30 ilə övladını əziyyətlə böyüdüb saxlamır ki, gəlin onu əlindən alsın. Sonradan ailə də, uşaq da tapmaq olar. Amma ananı tapmaq olmaz”,- deyə müğənni sözlərinə əlavə edib.
Aytən Sadıqzadə