Müğənni Xatun Əliyeva yeni saç düzümü ilə sosial şəbəkədə insanların müzakirə obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, müğənni İnstagram səhifəsində yeni imicdə çəkilmiş fotosunu paylaşıb. Müğənninin bu görünüşü müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onun özünü əməkdar artist Elza Seyidcahana bənzətdiyini yazıblar.
Qeyd edək ki, Xatun bu imicdə gözəllik salonlarından birinin açılışında iştirak edib. Mərasimdə onunla yanaşı müğənnilər Elnur Məmmədov, İlhamə Qasımova, Aysel Əlizadə, aparıcı Afaq Gəncəli və başqaları iştirak edib.