“Bu, ona vəzifəsini yerinə yetirməyə mane olurdu”.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, Xəzər TV-nin Xəbərlər Departamentinin (Xəzərxəbər) şef - redaktoru Nəcəf Həsənov vəzifəsindən azad olunub.
Bir neçə ildir Xəzər TV-nin əsas simalarından sayılan N.Həsənovu Natiq Pənahlı əvəz edib.
Qeyd edək ki, Natiq Pənahlı bundan əvvəl Qafqaz Universitetində işləyib.
Xəzər TV-nin sözçüsü Aqşin Kamal Qafqazinfo ilə əlaqə saxlayaraq Nəcəf Həsənovun işdən azad olunmasına münasibət bildirib. Onun sözlərinə görə, Nəcəf Həsənov şef - redaktor vəzifəsindən çıxarılsa da, yenə də Xəzər TV-nin işçisidir:
“Nəcəf Həsənov Xəzər TV-də “Sərhəddən kənar” adlı proqramın aparıcısıdır və bu səbəbdən tez-tez xarici səfərlərdə olur. Bu isə ona vəzifəsini yerinə yetirməyə mane olurdu. Buna görə o, Xəzərxəbərin şef - redaktoru vəzifəsindən azad olunub. Qeyd etdiyiniz kimi, onu Natiq Pənahlı əvəzləyib”.