Uşağıma çörək almaq üçün bir manat belə pulum olmayan vaxtlarım olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu “Sən tək deyilsən” verilişində aparıcı Xoşqədəm Hidayətqızı 20 yaşlı gənc qadına məsləhət verərkən deyib.
Aparıcı 20 yaşında ana olduğunu deyib. "Məşhur bir qəzetin yaradıcısı olmuşdum və tabeçiliyimdə onlarla işçi vardı. Güclü bir kollektivlə çalışırdım”.
Aparıcı bu həyatda insanların qarşısına elə indiki Xoşqədəm kimi gəlmədiyini, həmişə mübarizə apardığını və bu yolda bəxtinə də həmişə kişilərin çıxdığını açıqlayıb.
Onun sözlərinə görə, yolu müəyyən insanlar tərəfindən dəfələrlə kəsilib. Lakin buna baxmayaraq dözümlü olub, mübarizə aparıb.
Xoşqədəm bütün qadınlara dözümlü və əzmli olmağı, hər yerdə öz hüquqlarını qorumağı tövsiyə edib.
E.Ə.
www.oxu.az