Aparıcı Xoşqədəm Hidayətqızı ANS-də təqdim etdiyi “Deməsək olmaz” verilişində tamaşaçılarla sağollaşaraq proqramdan gedəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, o, verilişi bundan sonra teleaparıcı İradə İsaqın aparacağını söyləyib:
“Sizin dualarınızla Allahın mənə bəxş etdiyi gözəl bir hiss yaşayıram. Çox az bir vaxtda ana olacağam. Ona görə də bu gün mənim sonuncu verilişim olacaq, yəni analıq məzuniyyətinə gedirəm. Verilişi İradə İsaqa təhvil verirəm. Sevinirəm ki, verilişi məndən sonra o aparacaq.
Daim çalışan insan olduğum üçün bir-iki ay mənim üçün çətin olacaq. Həm də 5 böyük layihə hazırlayıram. Yeni mövsümdə geri qayıdacağam. Mən ANS-də olduğum müddət ərzində burada dostluq, qardaşlıq gördüm”.
Qeyd edək ki, hamiləliyinin 7-ci ayında olan X.Hidayətqızı əkiz övlad anası olmağa hazırlaşır. O, tanınmış türkiyəli müğənni Doğuşla ailəlidir. Teleaparıcının ilk nikahından bir oğlu da var.