ATV telekanalının “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı efirdə ağlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, verilişin ötən günki buraxılışında həyat yoldaşı və ailəsi tərəfindən atılan qadının taleyindən danışan X.Hidayətqızını ağlamaq tutub. Hıçqıraraq ağlayan teleaparıcı hisslərinə hakim ola bilməyib. Sonradan teleaparıcı tamaşaçılardan üzr istəyib.