Türkiyədə “En” moda jurnalının təqdimatında “İlin ən yaxşıları” mükafatlandırma mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, 3-cü dəfə təşkil edilən tədbirdə ilin ən yaxşılarına mükafatlar təqdim edilib.
Gecədə Türkiyədən və başqa ölkələrdən bir çox məşhurlar iştirak ediblər. Wilma Elles, Doğuş, Buray Hoşsöz, Ece Gürsel, Ferhat Göçer, Ömür Gedik, Ziynet Sali, Osman Alkaş və digərləri mükafat alanlar sırasında olublar.
“İlin ən yaxşı bəstəkarı” mükafatının sahibi isə Doğuş olub. Müğənni mükafatını alıb təşəkkür etdikdən sonra yeni albomunun ən məşhur mahnısı “Mutluluklar dilerim”i səsləndirib.
Dünyaca məşhur müğənni Dj Adam Clay da mərasimin sürpriz qonaqlardan olub. Müğənni bütün dünyada sevilən mahnılarıyla izləyənlərə əsl musiqi ziyafəti yaşadıb.
Aytən Sadıqzadə
www.oxu.az