ANS TV-də yayımlanan “Sən tək deyilsən” verilişində ürək dağlayan anlar baş verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, canlı yayımlanan verilişin aparıcısı Xoşqədəm Hidayətqızının halı pisləşib. Belə ki, analarını atan övladlar barədə danışan aparıcı studiyada ağlayıb.
Buna səbəb isə uzun illər övladını axtaran anaya oğlunun Qazaxıstanda ölməsi xəbəri olub. Ana və aparıcı bu xəbərə üzülüblər.
Elə studiyadaca ona su verilib.