Azərbaycanın tanınmış müğənnisi Xumar Qədimova ərə gedir.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan “Gün keçir” verilişində deyib.
Aparıcının ona göndərilən sevgi məktubunu oxumasını istəməyən X. Qədimova gözlənilməz etiraf edib:
“Bu yaxınlarda ailə qurmağa hazırlaşıram. Bu məktubdakı sözlər mənə mane ola bilər, aramızda problem yaradar. Yarımı itirərəm. İndi-indi güclə seçim edirəm, hələ də tərəddüdlərim var. Etməyin, məktubu oxumayın”.