“Yargı” serialında canlandırdığı Ilgaz obrazı ilə fərqlənən türkiyəli aktyor Kaan Urqancıoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
Urqancıoğlunun kameralardan uzaq tutduğu sevgilisi ortaya çıxıb.
Sən demə, Urqancıoğlunun sevgilisi də həmkarı imiş; məşhur aktyor uzun illərdir Zeynep Oymakla eşq yaşayır.
Zeynep Oymak “Kiralık aşk”, “Söz” kimi sevilən seriallarda kamera qarşısına keçib.
Mənbə: A Haber