Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Ferma” realiti-şousu birdəfəlik bağlanıb. İştirakçılar fermadan göz yaşları içində ayrılıblar.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, ötən gün verilişin son - vida buraxılışı yayımlanıb. Aparıcı Ulvira Qarayeva iştirakçılara əşyalarını toplamaq üçün yarım saat vaxt verib. Onlar göz yaşları içində əşyalarını toplayaraq fermanı tərk ediblər.
Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, “Ferma”ya MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.
A.S.
www.oxu.az