Yeni il günü nikah masasına oturan aparıcı Günel Hümbətova ailə həyatından bəhs edib.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, Las-Veqasda Firuz Soliyev adlı gənclə ailə quran Günel aparıcılıqdan uzaqlaşdığını bildirib:
“Yeni ilin ilk günü gözümü ailəli biri kimi açdım. Əsas keçirtdiyim hisslərdir – xoşbəxtəm. Ailə qurmağa heç vaxt tələsməmişəm, hətta həmişə çox gec ərə gedəcəm deyirdim. Amma qismət... Ona bu dəfə daha çox inandım. Rəsmi olaraq dünya evinə girdim – sadə formada, sözün açığı, həmişə istədiyim kimi, hər zaman arzuladığım yerdə daxil oldum. Subay qızlara və oğlanlara isə ərə getməyi və evlənməyi deyil, ailə qurmağı arzu edirəm. O ki qaldı efirə... Soruşanların sualını burada cavablandırıram: Mən efirlə çoxdan vidalaşmışam. Efirlərimizi elə uzaqdan, ailəmlə birlikdə izləmək daha maraqlı olacaq”.