Aktrisa Elsa Pataky ikinci övladını dünyaya gətirdikdən 6 ay sonra əvvəlki formasına qayıdıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, 38 yaşlı Pataky İspaniya alt geyim firmalarından birinin reklam çarxı üçün kamera qarşısına keçib.
Aktrisa Paula Ortiz-in rejissorluğu ilə çəkilən reklam filmində qara və seksual alt geyimi nümayiş etdirib.
İspaniya əsilli Pataky “İspaniya firmasının reklam çarxında oynadığıma görə çox xoşbəxtəm. Bununla qürur duyuram” deyib.
Madriddə doğulan aktrisa avstraliyalı aktyor Chris Hemsworth ilə 2010-cu ildə ailə həyatı qurub. Cütlüyün iki övladı var.
Qeyd edək ki, E.Pataky "Fast Five", "Fast & Furious", "Snakes on a Plane" kimi filmlərdə rol alıb.
Aytən Sadıqzadə