Müğənni-bəstəkar Yıldız Tilbe fotoqraf Ali Eşitmezlə 13 il əvvəl sevgili olması barədə yayılan xəbərlərlə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Tilbe 2003-cü ildə çıxardığı albomunda yer alan “Ama evlisin” adlı mahnını fotoqraf Ali Eşitmezə həsr etmədiyini və bu xəbərin yalan olduğunu qeyd edib.
O, sosial şəbəkədə yazıb:
“Hər fotomu çəkən adamla eşq yaşasaydım, Türkiyənin yarısı qohumum olardı. Sadəcə Ali Eşitmez mənim də çalışdığım fotoqrafdır. Yayılan xəbərlər şayiədir”.
:640.jpg)
Aytən Sadıqzadə
www.oxu.az