ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin söylədiyi fikrə ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu fikir bildirib.
Oxu.Az xəbər verir ki, “Muleyli” radio-şousuna qonaq olan Z.Baxşəliyev aparıcını telekanalın manekeni adlandıraraq onun çimərlik geyimində də efirə çıxa biləcəyini söyləyib:
“Aparıcı bir manekendir. O, ciddi, idman, hətta çimərlik geyimində də efirə çıxa bilər. Buna görə də aparıcı üçün heç bir sərhəd olmamalıdır”.
ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu həmkarının açıqlamasına “Günəbaxan” verilişində münasibət bildirib:
“Zaur “Xəbərlər” aparıcısı kimi də efirə çıxar. Amma indiki yaşımızda efirə çimərlik geyimində çıxmaq olmaz. Mən də idman formasında, şortikdə efirə çıxmışam. Amma çimərlik paltarı...”.
Aytən Sadıqzadə
www.oxu.az